"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində əlaqələndirici rola malikdir "

Ekspert rəyi 09:50 22.04.2025

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində əlaqələndirici rola malikdir.

“EDnews” xəbər verir ki , bu barədə  iqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Vəlizadə danışıb.

Ekspert hesab edir ki, İƏT regional münasibətlər sistemində önəmli rol oynayan bir təşkilatdır:

“Təşkilatda Azərbaycan, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya ölkələri təmsil olunur. İndiki mərhələdə bu üzvlərin bir-biri ilə münasibətləri çox vacibdir. Çünki dünyanın iqtisadi və siyasi səhnəsində mürəkkəb proseslər baş verir. Təkcə siyasi təhlükəsizliyin eroziyasını deyil, həm də iqtisadi münasibətlərin pozulmasını müşahidə edirik. Bu cür təşkilatların fəaliyyəti olduqları coğrafiyada həmin eroziyanın qarşısını almağa imkan yaradır”.

İ.Vəlizadə rəsmi Bakının İƏT ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin olmasına diqqət çəkərək vurğulayıb ki, bunun hesabına Azərbaycan Mərkəzi Asiya gündəliyinə inteqrasiya olunur, həm də Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə fəal iştirak edir:

“Digər tərəfdən qardaş Pakistanla çox yaxın münasibətlər qurulub. Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri də bundan xəbər verir. Bununla yanaşı, İƏT ölkəsi olan İranla münasibətlər də xüsusilə iqtisadi sahədə konstruktiv şəkildə qurulur. Bir neçə gün sonra İran Prezidenti Azərbaycana səfər edəcək. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan, doğrudan da, İƏT daxilində əlaqələndirici rola malikdir”.

Müsahib qeyd edib ki, Azərbaycan İƏT daxilində daim konkret məsələlərin müzakirəsi və prioritetlərin yerinə yetirilməsi ilə məşğul olub:

“Bu xüsusda enerji, yol-nəqliyyat layihələrinin reallaşdırılması İƏT coğrafiyasında bütün ölkələri bir-birinə bağlı edir və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır. Onu da demək lazımdır ki, İƏT ölkələri qədim İpək Yolu üstündə yerləşiblər. Müasir dövrdə isə yeni İpək Yolunun çəkisi artır ki, nəticə etibarilə sözügedən ölkələrin rolu aktivləşir. Transkontinental yol infrastrukturunun qurulmasında onlar əhəmiyyətli yer tuturlar. Yəni İƏT ölkələrinin həm coğrafi potensialı, həm də zəngin resursları var”.

İ.Vəlizadənin sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin Azərbaycanda keçirilməsi də təşkilatın fəaliyyəti ilə yanaşı, mövcud potensialın inkişafına mühüm töhfə verəcək.

Fatimə Mərdanlı // EDnews 

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı