BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
EDnews xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “X” hesabında paylaşım edib.
“Qazaxıstanda Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərləri dərin kədər və təəssüflə qarşıladım. Fikirlərim və dualarım qurbanlar, onların ailələri və bu ürəkağrıdan faciədən təsirlənən bütün insanlardadır.”- deyə paylaşımda bildirilib.