Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
"EDnyus" xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Bolu vilayətində "Kartalkaya" dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda qeyd olunub.