Üç ölkənin prezidentləri 2025-ci il martın 13-15-də Azərbaycan paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.
“EDnyus” xəbər verir ki, bunlar Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviçdir.
Kuala-Lumpur şəhərinin meri Maymuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, həmçinin BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.