Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
"EDnews" xəbər verir ki, söhbət zamanı Türkiyə lideri müqəddəs Ramazan bayramı münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, onlara firavanlıq və bolluq arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqət və səmimi təbriklərə görə təşəkkürünü bildirib. O da öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb.
Türkiyə Prezidenti təbriklərə görə minnətdarlığını ifadə edib.
Dövlət başçıları telefon danışığı zamanı Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib və yaxın zamanda yenidən görüşmək arzularını dilə gətiriblər.
Şəms Qasımlı // EDnews