Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib

Xarici siyasət 12:08 08.05.2025

Ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

“EDnews ” xəbər verir ki,  “Çağdaş Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri” adlı tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin və digər hökumət qurumlarının yüksəkvəzifəli təmsilçiləri, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söz açıb. Diplomat bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev doğma xalqını və dövlətini taleyüklü məqamda vətəndaş müharibəsi, parçalanma və müstəqilliyin itirilməsi təhlükəsindən fədakarlıqla xilas edərək, ölkəmizi sabitlik, rifah və tərəqqi yoluna çıxarıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini milli dövlətçilik strategiyasının əsas prioriteti kimi müəyyənləşdirib və bu amal onun bütün siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib. Bu müqəddəs və ali məqsəd Ümummilli Liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə reallığa çevrilib, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək Ulu Öndərin vəsiyyətini yerinə yetirib.

Bu gün qüdrətli Azərbaycanın dünyada böyük hörmət sahibi olduğunu bildirən diplomat bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və inkişaf strategiyasının dayandığını bildirib. Xüsusi vurğulanıb ki, Ümummilli Liderin ideyaları bu gün də yaşayır, Azərbaycan xalqını birləşdirən mənəvi dəyərə çevrilərək ölkənin hərtərəfli inkişafına xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin Almaniya ilə Azərbaycan arasında münasibətlərin qurulması və inkişafındakı rolundan da söz açan N.Ağayev dahi şəxsiyyətin ikitərəfli münasibətlərə böyük önəm verdiyini, bunun da nəticəsində əlaqələrimizin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Sonra Almaniyanın Reyn Dövlət Operasının solisti Mərziyə Hüseynova, pianoçu Nərmin Nəcəfli və alman musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının məşhur əsərləri ifa olunub.

Tədbir çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyev və Azərbaycan ilə bağlı nəşrlərlə tanış olublar.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim edilib.

Fatimə Mərdanlı //EDnews 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı