İnsanlar Hepatit, QİÇS, Siflis, Göbələk kimi müxtəlif infeksion və dəri xəstəliklərinə bu gün gigiyenik normalara əməl edilməyən ictimai yerlərdə daha çox yoluxur. Bu yerlər sırasında da gözəllik salonları öndə gəlir.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova Metbuat.az-a açıqlamasında bildirib ki, sterilliyinə əmin olmadığmız gözəlllik salonlarına gedərkən, mütləq şəxsi vasitələrimizi özümüzlə aparmalıyıq:
Gözəlik salonunda hər hansı bir xəstəliyə yoluxmuş müştəri salonu məhkəməyə verə bilərmi?
Hüquqşünas Sunay Ramazanova bildirib ki, salonu həm maddi, həm də mənəvi ziyana görə məhkəməyə verib, təzminat almaq mümkündür. Xəstəliyin salondakı əşyalardan müştəriyə keçməsi sübut olunarsa, həmin salonu bağlatdırmaq da olar. Səmin salon Səhiyyə Nazirliyinin yoxlanışdan keçdikdən sonra cərimə belə oluna bilər.