Reseptdə xəstənin diaqnozu yazılmalıdır, ya yox? Azərbaycan səhiyyəsinin diaqnoz müəmması

Sağlamlıq 01:13 24.06.2018
Onlarla analiz və müayinədən keçirsiz, bir resept dolusu dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur?
Heç bununla maraqlanmısızmı?
 
Hər birimiz istər dövlət, istər özəl klinikalarda səhhətimizdəki problemlərə görə dəfələrlə həkim qəbulunda olub, müayinələrdən keçmişik. Əlimizdə çoxlu müayinə, rentgen kağızları, nəticələr və reseptlər var. Əgər indi reseptə baxa bilirsizsə baxın və ya yadınıza salın: hansı həkim nə vaxt reseptə diaqnozu olduğu kimi, tibbi termini ilə yazıb. Söhbət təbii ki, məxfiliyi qorunan xəstəliklərdən getmir. Tutaq ki, qarın ağrısı, soyuqdəymə, hər hansı daxili orqanlarda xəstəlik, öskürək və s. zamanı onlarla analiz və müayinədən keçirsiz, bir resept dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur? Heç bununla maraqlanmısızmı?
 
Medicina.az bildirir ki, bəzi reseptlərdə Diaqnoz qrafası var və bəzi həkimlər ora qeyd edir. Amma 99% hallarda o qrafa boş qalır. Həkim pasiyentə ola bilər dərdini başa salır, amma yazılı şəkildə onun rəsmi sənədi yoxdur.
 
Apardığımız araşdırmalara və şəxsi təcrübəmizə görə, özəl klinikalarda da mühüm cərrahi əməliyyatlar və stasionar müalicə istisna olmaqla,  digər müayinələrdə pasiyentin ad-familyası sadəcə sistemə daxil olunur və müayinə xərcləri alınır. Qalan nə baş verirsə, həkimin kabinetində baş verir. Və həmin həkimin gün ərzində qəbul etdiyi xəstələrə nə kimi diaqnozlar qoyduğu sirr olaraq qalır. Çox adam xəstələyinin səbəbini soruşduqda isə həkim " iltihab, infeksiya, soyuqdəymə, mədə yarası, bronxların soyuqlayıb, virusdur" kimi ümumi sözlərlə kifayətlənir.
Mövzu barədə açıqlama aldığımız ekspert həkimlər mövqelərini qəti ortaya qoysa da, tibbi forumda verdiyimiz suala həkimlər müxtəlif fikir bildirdilər.
 
Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl qanunvericiliyə görə reseptdə diaqnozun yazılmasının vacibliyini vurğuladı:
 
" Bizim rəsmi resept blanklarında diaqnoz üçün qrafa var. Xəstəyə diaqnozu qeyd edilmiş imzalı rəsmi sənəd verilməlidir. Bundan əlavə həkim xəstəyə onun diaqnozunu aydın başa salmalıdır. Stasionarda xəstələr üçün epikriz yazılır. Ambulator müalicədə isə mütləq möhürlü blank, ya sənəd verilməlidir.
Açığı mən sevmirəm xəstənin diaqnozu haqqında bilgilər açıq-aşkar reseptdə görünsün, burda məxfilik pozulur, yad adamların əlinə bu informasiya düşə bilər. Bizim öz blankımız var, kompüterimdə hazır formadadır. Pasiyentin müayinə və diaqnozunu orda qeyd edirəm, bəzən buna tənbəllik etsəm də, vaxt çatdırmasam da edirəm..
Əslinə qalanda reseptdə də diaqnoz olmalıdır. Çünki aptekdə əzcaçı yazılan dərmanları diaqnozla tutuşdurmalıdır ki, düzgün yazılıb ya yox. Bu da o halda ola bilər ki, apteklərdən alınan dərmanlar dövlətin hesabına olsun.  Amma indi insanlar öz puluna dərman alır deyə, bu kimi məsələlərə önəm verən yoxdur. İndi heç kimin marağında deyil kim harda nə yazıb. Belə deyək, xaotik vəziyyətdir. Bu mövzuda qanunvericilikdə çox bəndlər, şərtlər var, onların çoxu işlək deyil. İstənilən halda yazılı-şifahi, xəstə öz diaqnozunu həkimdən dəqiqliyi ilə tibbi adı ilə öyrənməlidir. Xəstənin statusundan, tibbi savadının olub-olmamasından, maraqlanmasından asılı olmayaraq həkimin borcudur ki, nəyi müalicə etdiyini desin".
 
 
Tibb elmləri doktoru, professor, tibbi ekspert Adil Qeybulla  reseptdə diaqnozun yazılmasının vacibliyini bildirdi:
 
" Bu, dünya müayinə-müalicə protokollarına görə təsbit olunur. Səhiyyə Nazirliyinin təsdiq etdiyi resept blankından bütün klinikalar və həkimlər istifadə edir və etməlidir. Resept blankı hüququ sənəddir, uniformadır. Və bu sənəddə qoyulan diaqnoz olduğu kimi, tibbi termini ilə qeyd olunmalıdır. Hər bir xəstənin öz diaqnozunu bilıməyə və onu yazılı şəkildə almağa haqqı var. Həkimin də borcudur ki, diaqnozu izah etsin.
 
Əgər reseptdə diaqnoz yazılmayıbsa, imza, möhür yoxdursa, o zaman o boş kağızdan başqa bir şey deyil. Onunla heç nə sübut edilə bilməz.
Həkimlər diaqnozu yazmaqdan, deməkdən imtina edə bilməz. Əgər müayinə planı düzgün qurulubsa, diaqnoz da düzgün tapılır. Öz müalicəsinə, diaqnozuna əmin olan həkim bundan çəkinməməlidir. Mən şəxsən diaqnozu yazılı da qeyd edirəm, xəstəyə şifahi məlumat da verirəm".
 
Tibbi forumda verilən suallara isə müxtəlif həkimlər müxtəlif cür rəy bildirdi. Qeyd edək ki, bu həkimlərin əksəriyyəti özəl klinikalarda çalışır.
 
-Reseptdə diaqnoz yazılmamalıdır. Amma həkimin borcudur ki, xəstəyə diaqnozu desin. Xəstə bunu tələb edə bilər.
 
-Reseptdə diaqnoz qrafası yoxdur.
 
-Diaqnoz ambulator kartda yazılmalıdır. Bu daha çox dövlət xəstəxanaları və poliklinikalarda olur. 48 saat ərzində xəstə bu kartdan çıxarışı ala bilər.
 
-Bizdə xəstə haqqında məlumatlar kompüterdə onun üçün açılmış fayla qeyd olunur. Reseptdə yazmırıq. Xaricdə ümumiyyətlə resept xəstəyə verilmir. Elektron poçtla seçilmiş aptekə göndərilir.
 
Azərbaycan Tibb Jurnalının baş redaktor müavini Fuad İslamzadə Sovet dövründə də reseptdə diaqnoz yazılmadığını bildirdi:
 
"İndi Səhiyyə Nazirliyinin resept blanklarının tələbinə görə xəstənin ad-familyasından başqa diaqnozu da yazılmalıdır. Əgər bu qrafa varsa, həkimlər diaqnozu yazmırsa, deməli qanunlara əməl etmirlər, ya da qoyduqları diaqnozun düzgünlüyünə əmin deyillər.
 
Sovet vaxtı reseptə diaqnoz yazılmırdı. Dövlət xəstəxanalarında stasionar xəstələr üçün epikriz, ampulator xəstələr üçünsə ambulator vərəqə açılırdı və bu indi də belədir. Poliklinikalarda da ambulator vərəqə olur. Hər hansı qeyri-tibb müəssisəsi xəstənin diaqnozu ilə maraqlanırsa, poliklinikalara rəsmi sorğu göndərir.
 
Özəl klinikalarda da hər halda əvəzedidi hesabat forması olmalıdır.
 
Ölüm riski yüksək olan xəstəliklərə münasibətdə sovet dövründə fərqli yanaşılırdı. Xəstəyə psixoloji zərbə vurmamaq üçün xərçəng diaqnozunu ondan gizlədirdilər. Qərb təbabətində isə bu diaqnozun xəstədən gizlədilməsi qəbul olunmur.
 
Amma mən yenə də o fikirdəyəm ki, bizim ölkə reallıqlarına görə, diaqnoz reseptdə yox, başqa bir hesabat formasında yazılsın. Çünki bizdə əczaçılardan və laboratoriya həkimlərindən tutmuş tibb  bacısına kimi, hamı həkimin təyin etdiyi müalicəyə müdaxilə etməyə həvəslidir".
 
Göründüyü kimi,  reseptdə diaqnozun yazılması barədə fikirlər müxtəlifdir. Çox həkimlər hansı resept blankı ilə işlədiyini də bilmir, çünki orda diaqnoz üçün qrafa olduğunu bilir.
 
Əslində, bu vaxta qədər çox az həkimlərin reseptə diaqnoz yazdığını və ya diaqnoz yazılmış hansısa vərəqi xəstəyə verdiyinin şahidi olmuşuq. Ona görə də müalicə gedişində həkimin nə diaqnoz qoyduğu və nəyi müalicə etdiyi məlum olmur. Müalicə effekt vermədikdə rəsmi sənəd olmadığından heç nəyi sübut etmək olmur. Sadəcə sözlə diaqnoz deyən həkim, sabah asanlıqla öz sözünü inkar edə bilər. Ya xəstə düzgün başa düşməyib?
 
Bu məsələdə xəstələrdən maksimum diqqət və tələbkarlıq  göstərməsi vacibdir. Yenə də xəstə həkimdən yazılı olaraq diaqnoz tələb etməyin yollarını düşünməlidir. Əgər həkim bu qədər analiz və müayinələrdən sonra diaqnozu demirsə, ümumi sözlərlə yan qaçırsa, ya gizli saxlayırsa, o zaman o həkimin yazdığı müalicəni qəbul etməmək haqqınız var. Naməlum diaqnoza görə yazılmış iynə-dərmanı qəbul etməklə xəstənin nə əldə edəcəyi də məlum deyil. Ona görə də həkim-pasiyent arasındakı inamsızlıq getdikcə dərinləşir və bu prosesin qarşısını elə bu kimi xırda detalları aydınlaşdırıb, qanunlara əməl etməklə almaq olar.
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Hamısı