Britaniya alimləri xərçəngi sağalda biləcək

Sağlamlıq 12:37 27.05.2019

Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.

Eurasia Diary “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.

İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.

İnstitutun rəhbəri Paul Workman deyib ki, xərcənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olmaları və dərmanlara qarşı müqaviməti artırmalarıdır.

Onun sözlərinə görə, yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.

Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.

Araşdırmaçılar deyirlər ki, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır.

"Xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir", - professor Workman belə deyir.

Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb. Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır.

İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir.

Xərçəngin bütün növləri mütəmadi olaraq təkamül edir. Bu isə böyük problem yaradır, çünki xərçəng hüceyrələrinin müalicə kursuna qarşı müqaviməti xəstəliyin geri qayıtmasına səbəb olur.

İRC bu təkamül prosesindən yeni müalicə üsulları tapmaq üçün istifadə etməyi planlaşdırır.

Bundan başqa, araşdırmaçılar xərçəng hüceyrələri və şişlərinin təkamülünü məhdudlaşdıracaq və ya dərmanların təsirini artıracaq preparatlar hazırlamağa ümid edirlər.

Eyni vaxtda bir neçə preparatdan istifadə edilməsi də xərçəng hüceyrələrinin inkişafına mane ola bilər.

Araşdırmaların ilkin mərhələsində pozitiv nəticələr əldə edilib, amma onların pratikada tətbiqinə ən azı 10 il vaxt lazım gələcək.

Alimlər ümid edirlər ki, xərçəngin yeni müalicə metodu müsbət nəticə verəcək. Bu metod eyni vaxtda bir neçə preparatdan isitfadəni və xərçəng hüceyrələrinin təkamülünü təxmin edəcək, buna mane olacaq süni intellekt proqramının tətbiqini nəzərdə tutur.

Daha çox yaşamaq

Yeni araşdırma mərkəzinin rəhbəri doktor Andrea Sottoriva deyir ki, süni intellektin tətbiqi və riyazi proqnozlaşdırma metodları xərçəng hüceyrələrinin davranışını və yeni müalicə üsullarına reaksiyasını anlaya bilər.

Alimlər immun sisteminin bir hissəsi olan protein molekulu APOBEC-in fəaliyyətini dayandıracaq yeni preparatlar üzərində işləyirlər, çünki xərçəng hüceyrələrinin yarıdan çoxu məhz bu molekulu nəzarətə götürür və bu onlara immun sisteminə qarşı müqavimət göstərmək imkanı verir.

"Biz çox əminik ki, yeni araşdırmalar sayəsində xərçəngi daha uzun müddət nəzarətdə saxlamağın yolunu tapacaq və hətta xəstələri müalicə edib onların daha uzun və daha keyfiyyətli həyat yaşamasına nail olacağıq",- professor Workman belə deyir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı