Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı - SİYAHI | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı - SİYAHI

Səhiyyə A- A A+

Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qeyd edək ki, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...