Hazırda 94 yaşında olan Malayziyanın Baş naziri Mahathir Muhəmməd uzunömürlülüyünün sirlərini açıqlayıb.
Eurasia Diary-nin Rusiya mediasına istinadla verdiyi xəbərdən bəlli olur ki, baş nazir sirlərdən biri kimi daha çox həddindən artıq yeməməyi vurğulayıb.
"Yaşamaq üçün yemək lazımdır, yemək üçün yaşamaq yox" -deyə M.Muhəmməd məşhur kəlamı dilə gətirib.
"40 yaşlarında insanların qarınlarının irəli çıxdığını gördükdə bu, onların çox yediklərinə işarədir.."-deyən müsəlman ölkəsinin hökumət başçısı daim anasının məsləhətinə əməl etdiyini bildirib:
“Anam həmişə deyərdi ki, xörəyin çox dadlı olduğunu hiss edəndə yeməyi dayandırın. Tibbi araşdırarkən öyrəndim ki, yeməyin ləzzətini görəndə bir insan daha çox yeməyə meyl edir”.
Bununla yanaşı, müsəlman siyasətçi sağlam və uzun yaşamaq üşün əzələlərin və beynin mütəmadi işləməsinin lazım olduğunu, buna görə də həyatda həm fiziki, həm də zehni cəhətdən aktivliyin vacibliyini vurğulayıb.(moderator.az)