Oqtay Şirəliyev onu Səhiyyə Nazirliyinin baş mütəxəssisi təyin edib - FOTO | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Oqtay Şirəliyev onu Səhiyyə Nazirliyinin baş mütəxəssisi təyin edib - FOTO

Səhiyyə A- A A+

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri Rəşad Şolan Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub.

Eurasia Diary xəbər verir ki, bu barədə Modern.az-a Mərkəzdən verilən məlumatda bildirilib. 

Qeyd edilib ki, Rəşad Şolan icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb.

O, özü haqqında bu ifadəni təkrarlamağı sevir: “Mən həm insan kimi radikalam, həm də cərrah kimi”. Yerli media onu virtuoz cərrahi istedadına görə “qızıl əllər” kimi qələmə verir.

R.Şolan cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...