Koronavirus adı ilə ilə tanınan Kovid-19 epidemiyasından ölənlərin sayı 1666-ya yüksəlib.
Eurasia Diary "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son 24 saatda 142 nəfər ölüb, 20009 nəfərdə virus aşkarlanıb.
Beləliklə, virusa yoluxanların sayı 68 min 500-ə çatıb. Onlardan 11 min 272 nəfərin vəziyyəti ağırdır.
Bu günə qədər virusdan sağalanların sayı isə 9419 nəfərdir.(ölkə.az)