Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO

Səhiyyə A- A A+

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

Eurasia Diary xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin “İçərişəhər” metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:

“Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik”.

 

****

Paytaxtın Səbail rayonunda maraqlı hadisə baş verib.

İstiqlaliyyət küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında təcili tibbi yardım maşınından düşən xüsusi geyimli həkimlər koronavirusa yoluxma şübhəsi olan şəxsi aparmaq üçün gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...