Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adanom Qebreisus Azərbaycana təşəkkür edib.
“EDNews” xəbər verir ki, o, tvitterdə Azərbaycan hökumətinə tvit ünvanlayıb:
“Azərbaycan xalqı və hökumətinə koronavirusla bağlı maliyyə yardımı üçün təşəkkür edirik. Həmrəyliyinizə görə minnətdarıq. Daha təhlükəsiz bir dünya üçün həmişə birlikdə!”
Xatırladaq ki, Azərbaycan koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım edib.