Çində koronavirus həyəcanı geridə qaldı | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Çində koronavirus həyəcanı geridə qaldı

Səhiyyə A- A A+

Çinin səhiyyə məsələləri üzrə komitəsinin nümayəndəsi Mi Fen ölkədə koronavirus epidemiyasının pik həddinin başa çatdığını bildirib.

"EDNews" xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində Çinin Hubey əyalətində, Uhan şəhəri istisna olmaqla, COVID-19 virusuna yoluxma ilə bağlı yeni hal aşkar edilməyib.

Adıçəkilən əyalətdən kənarda 7 yeni hal qeydə alınıb ki, onlardan 6-sı “gətirilmə”dir.

“Bu məlumatlar ümumilikdə ölkədə epidemiyanın bu dalğasının pik nöqtəsinin artıq geridə qaldığını göstərir”, - Mi Fen deyib.

Qeyd edək ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...