Koronavirusa qarşı vaksinin hazırlığı ən tez 1 il müddətində başa gələcək.
EDNews xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramı Baş Müdiri Mayk Rayn BCC-yə açıqlamasında deyib.
M.Rayn vaksinin mütləq şəkildə hazırlanacağını bildirib.
Qeyd edək ki, dünya miqyasında koronavirusa yoluxanların sayı 300 mini keçib. 13 mindən çox insan dünyasını dəyişib.(publika)