"Koronavirusun yayılmasının tamamilə qarşısını almaq üçün Avropa ölkələrinə iki il vaxt lazım olacaq".
EDNews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çinli infeksionist, "COVID-19 Şanxay" ekspert qrupunun rəhbəri Çjan Venxun deyib.
Onun sözlərinə görə, Avropada epidemiyanın kəskin yayılmasının aprel-iyun aylarına təsadüf edəcəyi gözlənilir.
İnfeksionist, həmçinin əlavə edib ki, koronavirusun yayılması yay aylarında səngiyəcək, payız və qış aylarında isə yenidən aktivləşə bilər.( Azvision.az)