Dünyada koronavirusa yoluxanların bu günə olan ümumi sayı açıqlanıb.
EDNews xarici KİV-ə istinadən bildirir ki, hazırda dünyada virusa yoluxanların sayı 597,267 nəfərdir. Onlardan 27,365 nəfəri dünyasını dəyişib. 133,363 nəfər isə sağalaraq xəstəxanalardan evə yazılıb.
Martın 27-nə olan məlumata görə, yeni növ koronavirus səbəbindən ən çox ölüm və yoluxma halları Avropada qeydə alınıb – 286 697 yoluxma, 16 105 ölüm. Son sutkada köhnə qitədə yoluxanların sayı 36 414, ölənlərin sayı isə 2 155 nəfər artıb.
İkinci yerdə, xüsusilə Çin, Cənubi Koreya və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsi qərarlaşıb. Orada 100 018 nəfər virusa yoluxub, 3 567 ölüb.
Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 81 137 nəfər koronavirusa yoluxub və 1 176 nəfər dünyasını dəyişib.