Türkiyədə koronavirusa qarşı plazma müalicəsi effekt verdi - Ağır xəstə sağaldı | Eurasia Diary - ednews.net

29 May, Cümə


Türkiyədə koronavirusa qarşı plazma müalicəsi effekt verdi - Ağır xəstə sağaldı

Səhiyyə A- A A+
Koronaviruslu xəstəyə ilk plazma nəqli Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzində baş tutub.
 
EDNews.net xəbər verir ki, 56 yaşlı Abidin Aybar koronavirusa qalib gələrək, reanimasiya şöbəsindən çıxarılaraq palataya yerləşdirilib.
 
Ağır vəziyyətdə olan A.Aybara plazma köçürülməsi aprelin 5-də həyata keçirilib. Yeddi gün sonra onun koronavirus testinin nəticəsi neqativ çıxıb, 10 gün sonra isə xəstəni süni tənəffüs aparatından ayırıblar. (medicina.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...