Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü

Səhiyyə A- A A+

Dünyada koronavirusdan sağalanların sayı 1 001 933 nəfərə çatıb.

EDNews.net xəbər verir ki, ən çox sağalma İspaniya (132 929), ABŞ (120 720) və Almaniyada (120 400) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 228 251-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 3 221 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...