Pandemiya dövründə Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı vəziyyət nə yerdədir? QİÇS-lə Mübarizə Mərkəzindən Açıqlama

Sağlamlıq 15:11 18.05.2020

Məlum olduğu kimi mart ayından etibarən Azərbaycanda Covid-19 virusuna ilk yoluxma halları qeydə alınmış və pandemiya ölkə ərazisində sürətlə yayılmağa başlamışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda yegənə yoluxucu və təhlükəli virus Covid-19 deyil. Belə ki, 1987-ci ildən bu günədək ölkəmizdə QİÇS xəstəliyi də geniş yayılıb. Bəs pandemiya dövründə Azərbaycanda QİÇS-ə yoluxma hallarında artım və ya azalma olubmu? QİÇS xəstəliyi ilə bağlı ölkəmizdəki son durum necədir?

Ednews.net üçün eksklüziv olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi bu sualları cavablandırıb:

2020-ci ilin 4 ayı ərzində Azərbaycanda 196 nəfər İİV-ə yoluxub. Qeydiyyata alınmış 196 Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 38 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 14 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

2020-ci ilin 4 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 30nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12nəfər (6,1%) homoseksual kontakt nəticəsində, 4 nəfərin (2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4880-i (69,8%) kişi,2107-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1854 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1056 nəfər olmuşdur.  

Qeydiyyata götürülən Azərbaycan vətəndaşlarından 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-dəisə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,1% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cıil tarixdən tətbiq edilən antiretrovirus terapiyaya  6043  insan cəlb olunmuş, onlardan 191 nəfərə müalicə 2020-ci ilin ilk 4 ayı ərzində başlanılmışdır.

Mətbuat xidmətindən verilən məlumata görə QİÇS-lə Mübarizə Mərkəzi pandemiya şəraitində öz fəaliyyətini xüsusi rejimdə davam etdirir.

Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzi Covid 19 pandemiyası ilə əlaqədar İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV-dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda, onların koronavirusa görə testləşməyə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların Covid 19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunmuşdur.

Bütün dunyada olduğu kimi, Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanlarn xatirəsı anılır. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi”-ilə əlaqədar  marifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün  RQMM-nin rəsmi internet səhvəsində yeni modul yaradılmış və 24 saat      on-layn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunmuşdur.

COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimini nəzərə alaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, əhali və pasiyentlər üçün əlavə xidmət növlərini gündəlik fəaliyyətinə daxil etmişdir. Karantin rejiminin tətbiqindən əvvəl, hələ mart ayının ortalarından, Mərkəz, mütəxəssislərinin iştirakı ilə ölkə mənsubiyyətindən asılı olmayaraq, bütün maraqlananlar üçün azərbaycan, rus və ingilis dillərində Skype, Whatsapp və Viber vasitəsilə məlumatlandırıcı və məsləhətləşmə xidmətini yaratmışdır.

Videobağlantı formatında "Evdən çıxmadan məsləhət al” xidmətindən hər kəs istifadə edə bilir. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı, ölkə ərazisində İİV-lə yaşayan insanlar üçün dərman preparatları və digər tibb təyinatlı materiallarla təmin etmək məqsədilə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi regional laboratoriyalar və regional antiretrovirus mərkəzlərinə preparatların, reaktiv və testlərin müntəzəm

çatdırılmasını təşkil etmişdir. Ciddi və mütəşəkkil karantin tədbirlərinə baxmayaraq, ölkədə İİV-ə yoluxmuş insanların müayinə, müalicə, qulluq və dəstəklə təminatı, pandemiyadan əvvəlki səviyyədə saxlanılmaqdadır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Avropa Testləşmə Həftəliyi "European Testing Week” kampaniyasını İİV/QİÇS-lə qlobal mübarizə üçün səmərəli və faydalı hesab edərək, onun keçirilməsində iştirakını bu il də planlaşdırır.

15-23 may  Avropa testləşmə həftəsini QİÇS-lə Mübarizə Mərkəzi yeni formatda keçirəcək. Belə ki, İİV-lə yaşayan insanlar üçün COVİD-19-un profilaktikasına dair xüsusi hazırlanmış bukletlər yayılacaq. IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliğinə dair  mediaya materialları dərc olunacaq.

Eyni zamanda, xarici ekspertlərin iştirakı ilə, qeyrihökümət təşkilatları üçün,

COVİD-19 pandemiyası şəraitində əhalinin həssas qrupları ilə autric-fəaliyyət məsələlərinə dair, onlayn konfrans keçiriləcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı