Ümumi havalandırma sistemi və kondinsionerlər virusu yaya bilər - Metronun daha bir təhlükəsi | Eurasia Diary - ednews.net

15 İyul, Çərşənbə


Ümumi havalandırma sistemi və kondinsionerlər virusu yaya bilər - Metronun daha bir təhlükəsi

Səhiyyə A- A A+
Hava ventilyasiyasını təmin edən bütün vasitələr koronavirus yaya bilər.
 
EDNews.net  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsindən bildirilib.
 
Komitənin üzvü, professor Levent Yamanel deyib ki, ticarət mərkəzlərinin girişlərində quraşdırılan kondisionerlər də virus yaya bilər.
 
İstanbul Vilayət Gigiyena Şurası ticarət mərkəzlərinin giriş qapılarında havalandırma pərlərinin işləməsini qadağan edib. Lakin onların fəaliyyətinin dayandırılmadığı yerlərdə təhlükə davam edir.
 
Metrostansiyalarda və qatarlarda da ümumi havalandırma sisteminin olduğunu və yay aylarında havanı sərinləndirmək üçün var gücü ilə işləməsi koronavirusun yeraltı obyektdə daha çox yayılması kimi təhlükə yaradır.
 
Ona görə də metrodansa yerüstü nəqliyyatdan istifadə etsəz daha yaxşıdır.
 
Professor virusun milçək və ya digər həşəratlar vasitəsilə yoluxa biləcəyi barədə hər hansı məlumatın olmadığını bildirib.(medicina.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...