Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3,858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eurasia Diary Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 219,041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188,280 nəfər müalicə olunaraq sağalıb, 2,670 nəfər vəfat edib, aktiv xəstə sayı 28,091 nəfərdir.
Ölkədə son sutka ərzində 4,473, hazırkı dövrədək isə 2,199,939 test aparılıb.