Virusa yoluxub sağalanları maraqlandıran suallar CNN

Sağlamlıq 21:25 02.03.2021

ABŞ-ın Şimali Karolina şatatının Dyuk Universiteti xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Beki Smit koronavirus infeksiyası, yoluxmalar, peyvəndlənmə ilə bağlı CNN kanalına açıqlama verib. Doktor Smit pandemiya başlanandan bəri il ərzində öyrəndiklərini bölüşüb və virusa yoluxmuş insanları maraqlandıran əsas sualları cavablandırıb.

Yenidən yoluxma riski nə qədərdir?

Beki Smitin sözlərinə görə, peyvəndlənmədən sonrakı 90 gün ərzində infeksiyaya yenidən yoluxma riski çox aşağıdır: “Ancaq yenə də risk mövcuddur. Ona görə tədbirli olmaq məsləhət görülür.

COVİD-19 infeksiyası digər viruslar kimi zamanla dəyişir və bu mutasiyalar nəticəsində virusun yeni növləri ortaya çıxır.

Koronavirusun dəyişməsi və inkişaf etməsi alimləri təəccübləndirmir. Çünki virusların mutasiyaya uğrama xüsusiyyəti var. Virusun mutasiyaya uğraması onun nəzarətdən çıxmasına şərait yaradır.

İndiyə qədər koronavirusun daha çox diqqət çəkən üç yeni növü müəyyən edilib: ilk dəfə Böyük Britaniyada meydana gələn B.1.1.7, Cənubi Afrikada aşkarlanan B.1.351 və Braziliyada təsbit olunan P.1 variantları.

ABŞ-ın baş infeksionisti Entoni Fauci koronavirus variantlarının yaz aylarında daha çox fəallaşacağını proqnozlaşdırıb.

Yenidən yoluxma riskinin qeyri-müəyyənliyinin səbəblərindən biri də koronavirusa qarşı antitellərin insan orqanizmində neçə müddət qalmasına dair məlumatın olmamasıdır”.

Antitellər orqanizmdə nə qədər qala bilər?

Antitellər – virusa yoluxduqdan sonra orqanizmin özünün yaratdığı zülallardır. Onlar infeksiya ilə mübarizə aparmağa və insanı bu xəstəlikdən qorumağa yardım edir. Ancaq hazırkı araşdırmalar nəticəsində müəyyən olunub ki, koronavirusun bəzi variantları antitellərdən yayına bilir. Bu, koronavirus xəstəliyi keçirmiş insanın yenidən potensial yoluxucuya cevirilməsinə imkan verir.

Beki Smit bildirib ki, Oksford Universitetinin minlərlə səhiyyə işçisi üzərində apardığı geniş tədqiqat göstərib ki, orqanizmində COVİD-19 antiteli yaranmış insanların 0,5%-i altı ay ərzində ikinci dəfə infeksiyaya yoluxub.

Beki Smitin sözlərinə görə, virusa qarşı immuniteti olan insanlar onu burnunda və ya boğazında daşıyaraq başqalarına ötürə bilərlər.

Koronavirusa yoluxmuş insan peyvənd olunmalıdırmı?

Səhiyyə nümayəndələri və həkimlər COVİD-19 xəstəliyindən sağalmış insanları peyvəndlənməyə çağırırlar. Klinik tədqiqatlardan əldə olunan son məlumatlar vaksinlərin təhlükəsiz olduğunu və koronavirus xəstəliyi keçirmiş insanları təkrar yoluxmadan qoruduğunu göstərir.

Doktor Smit koronavirus infeksiyasına yoluxub sağalmış insanın hər ehtimala qarşı peyvənd olunmasını tövsiyə edir: “Peyvənd müdafiəni daha yüksək səviyyədə təmin edə bilir. COVİD-19 xəstəsi olan pasiyentin infeksiyanın simptomları aradan qalxana və təcriddən çıxana kimi peyvənd olunması isə məsləhət görülmür”.

Beki Smit bəzi peyvəndlərin koronavirusun yeni formalarına qarşı müəyyən dərəcədə effektli olduğunu da qeyd edir.

Sağalandan sonrakı problemlər hansılardır?

Doktor Smitin sözlərinə görə, koronavirusdan sağalanların çoxu həftələr və ya aylar ərzində xəstəliyin simptomlarını yaşaya bilərlər: “Pasiyentlər davamlı yorğunluq, baş ağrısı, beyin dumanlanması, konsentrasiya pozuntusu, oynaq ağrıları, öskürək, təngnəfəslik, qızdırma, dad, qoxu dəyişikliyi və digər simptomlarla qarşılaşa bilərlər. COVİD-19 simptomlarının davamlı olub-olmaması xəstəliyin şiddətindən asılıdır”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı