Rusiya vaksininin qaranlıq tərəfi Azərbaycanlı mütəxəssis "Sputnik V" barədə danışır

Sağlamlıq 20:10 03.05.2021

Çinin “CoronaVac”  və İngiltərənin “AstraZeneca” peyvəndlərindən sonra Azərbaycana Rusiyanın “Sputnik V” vaksininin 40 min doza həcmində ilk partiyası gətirildi. Ümumilikdə yanvar ayından artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib.

Azərbaycan Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndinin istifadəsini martın 12-də təsdiqləyib. Fevral ayında Azərbaycan dünyada “Sputnik V” və “AstraZeneca” vaksinlərin birgə tətbiqinin kliniki tədqiqatlarını aparan ilk ölkə oldu.

Qeyd edək ki, Rusiyada 1 milyona yaxın vətəndaş “Sputnik V” ilə peyvənd olunub. Vaksinin dünyanın 64 ölkəsində qeydiyyatdan keçdiyi bildirilir. Lakin vaksindən istifadə dünyada birmənalı qarşılanmamışdı. Belə ki, Avropa Dərman Agentliyi “Sputnik V”nin  effektivliyi və təhlükəsizliyini nəzərdən keçirilməsi prosesi başa çatanadək peyvəndi Aİ ölkələri səviyyəsində təsdiqləməkdən çəkinməyə səsləmişdi. “Sputnik V”ni alanlardan biri də Slovakiya oldu. Lakin Slovakiyanın Milli Dərman İdarəsi (SUKL) Rusiyaya məxsus peyvəndin öncədən göstərilən standartlara uyğun olmadığını bildirmiş və Rusiya ixrac etdiyi 200 min doza vaksinin geri qaytarılmasını tələb etmişdi.

Aprel ayının əvvəlində isə EU Observer qəzeti “Sputnik V”nin tətbiqindən sonra dörd nəfərin öldüyünü və daha altı nəfərin sağlamlığında ciddi problemlər yaşandığını xəbər verdi. Hərçənd ki, Rusiyanın səhiyyə sahəsində nəzarət qurumu – “Roszdravnadzor” göstərilən halların peyvəndlə əlaqəsi olduğu barədə iddiaları rədd etdi və “Sputnik V” peyvəndinin vurulmasından sonra mümkün yan fəsadlar arasında qripə oxşar simptomların olduğunu bildirdi.

Bəs dünya tərəfindən qəbul edilməyən “Sputnik V” vaksininin Azərbaycana gətirilməsi nə qədər düzgündür? Mövzu ilə bağlı ekspert infeksionist Vüqar Cavadzadə Eurasia Diary-yə açıqlama verib.

O, ilk olaraq koronavirusla bağlı ölkədəki vəziyyəti qənaətbəxş hesab edib. Bildirib ki, hazırda koronavirusa yoluxma sayı günbəgün azalmaqdadır: “Növbəti həftə nəqliyyat işləməyəcəyi üçün yoluxmaların daha da azalacağı gözlənilir”.

Ekspert “Sputnik-V” vaksininin etibarlılığı barədə danışarkən bildirib ki, vaksinin iqtisadi və siyasi tərəfləri var: “Siyasi tərəfləri ondan ibarətdir ki, çox ölkələrin Rusiya ilə iqtisadi-siyasi əlaqələrində  normal münasibəti olmadığı üçün onun mallarına boykot elan edilir, o cümlədən vaksini pisləyir və gözdən salırlar. Digər tərəfdən də hazırki pandemiya dövründə dünyada cəmi beş-altı vaksin var. Dünya tibb sahəsində bunların satılması üzrə rəqabət getdiyinə görə bir-birlərinin istehsal etdikləri vaksinləri pisləməklə  iqtisadiyyatlarını zəiflətməyə çalışırlar. Hesab edirəm ki, Rusiyanın vaksin sahəsində yüz illərlə təcrübəsi var. Onların N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi bütün dünyada məşhurdur. Və Rusiya vaksin hazırlanması sahəsində yüksək yerlərdən birini tutub. Ona görə “Sputnik-V” barədə deyilən neqativ halları mən qəbul etmirəm. Çünki Rusiyanın dünya təbabətində xüsusi yeri və önəmi var”.

“Sinovac” peyvəndi vurulmuş şəxsə ikinci doza olaraq “Sputnik V” və “Astra Zeneca” vurula bilərmi?

“Eyni vaksin vurulsa daha yaxşı olar. Vaksinlərin nəticəsi süni immunitet yaratmaq üçündür. Sonda məqsədləri eyni olsa da, hazırlanma texnologiyaları müxtəlifdir. Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronoVac” inaktiv, tam öldürülmüş vaksindir. Ancaq “Sputnik-V” vaksini verter texnologiyası əsasında hazırlanan vaksindir. İkinci dəfə eyni vaksin vurulsa daha yaxşı olar”, deyə ekspert qeyd edib.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı