Cin görürəm, şeytan görürəm, qorxmuram... Azərbaycan əhalisi vaksinləşmədən niyə qaçır?

Sağlamlıq 18:05 16.05.2021

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunub.

Daha sonra orta məktəb müəllimləri, eləcə də, strateji sahələrdə işləyənlər (məsələn, polis əməkdaşları) vaksinasiya prosesinə cəlb olunublar.

Ölkədə vaksinasiya mərhələli qaydada keçirilir: Fevralın 2-dən 65 yaşdan yuxarı, fevralın 17-dən 50-dən yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Daha sonra 40 yaşdan yuxarı şəxslərin vaksin edilməsinə icazə verilib. Mayın 10-dan isə 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya oluna bilərlər.

TƏBİB 2020-ci ilin sonunda Azərbaycanda vaksinasiya ilə bağlı birinci mərhələdə əhalinin 10 faizinə peyvənd vurulacağını, ikinci mərhələdə isə peyvəndlənmənin respublikanın daha çox hissəsini əhatə edəcəyinibildirmişdi. Vaksinasiya proseduru çərçivəsində peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci doza da vurulmalıdır.

Covid-19 koronavirusuna qarşı vaksinasiya dövlət hesabına aparılır və könüllüdür.

Qeyd edək ki, hazırda bütün dünyada aktiv şəkildə peyvəndləmə prosesi aparılır. İsrail, Böyük Britaniya və bəzi digər ölkələr vaksinləşdirmə prosesində ciddi uğur əldə ediblər. Mütəxəssislər də bildirirlər ki, koronovirus pandemiyasına ancaq kütləvi vaksinləşmə prosesi ilə qalib gəlmək olar. Lakin bunlara baxmayaraq insanlar arasında vaksinasiyaya qarşı inamsızlıq davam edir.

Sözsüz ki, ölkəmizdə də vaksinasiya prosesi birmənalı qarşılanmadı, vaksinin faydalı olduğunu inanalar da oldu, bunun həyatımızı məhv edəcəyini söyləyənlər də. Hətta pandemiyanı “siyasi oyun” adlandıranlar belə, var. Bəs görəsən bu fikirlərin yaranmasının səbəbi nədir?

Eurasia Dairy mövzu ilə bağlı tibb eksperti, professor Adil Qeybullanın fikirlərini öyrənib.

A. Qeybulla bildirib ki, vaksinasiya prosesində insanların inamsızlığının kökündə təbliğatın və maarifləndirmə işinin yetərsizliyi durur: “Ümumiyyətlə vaksin tərəddüdü bütün dünyada mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı 2019-cu ildə insan sağlamlığına təhdid edən faktorlardan biri kimi, vaksin tərəddüdünü göstərmişdi. Amma bu, kökündən yanlış və zərərli yanaşmadır. Çünki məhz vaksinasiya nəticəsində xeyli uğurlar əldə edilib. Bir çox geniş yayılmış viruslar məhz vaksinasiya sayəsində sona çatıb. Ona görə də bu prosesin böyük əhəmiyyəti var”.

Həkim həmçinin onu da qeyd edib ki, maarifləndirmə işi üçün mütəxəssislər, psixoloqlar, həkimlər, ümumiyyətlə cəmiyyətdə nüfuzu olan insanların xidmətindən istifadə etmək lazımdır.

“Media bütün gücünü səfərbər etməlidir. Çünki pandemiya dövrüdür və bununla mübarizə hər bir şəxsin işidir. Əlbəttə ki, əhaliyə düzgün informasiyanın çatdırılması, onların düzgün maarifləndirilməsinə səbəb olur.  Vaksinasiya prosesinin əsas hədəfi yoluxanlarla birlikdə insanları kollektiv immunitetə çatdırmaq və pandemiyanı sona çatdırmaqdır.  Burda əsas məsələ 75%-ə yaxın nəticə əldə edilməsidir. İstər yoluxanlarda, istərsə də vaksinasiya olunanlarda immunitet yaranarsa, o zaman pandemiya tamamilə sona çatar. Azərbaycana gətirilən vaksinlərdən istər Çin, istərsə də başqa vaksinlərdən istifadə edirik və inanırıq ki yaxın zaman da nəticəsini görəcəyik” ” – deyə ekspert əlavə edib. 

Seyranə Quliyeva

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı