ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı xəbərdarlıq | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı xəbərdarlıq

Səhiyyə A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştamının delta variantının COVID-19-un fərqli ştamları arasında ən ölümcül olduğunu elan edib.

Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştamının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.

Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştamının hər iki varinatını neytrallaşdırdığı müəyyən edilib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştamlarının neytrallaşdırılması ilə oxşar olub.

Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti bildirib ki, Pfizer və AstraZeneca vakisnlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.

Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...