Koronavirus xəstəliyi keçirənlərin zehni kütləşir? - Həkimlər həyacan təbili çalır | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Koronavirus xəstəliyi keçirənlərin zehni kütləşir? - Həkimlər həyacan təbili çalır

Səhiyyə A- A A+

Kembric Universitetindən bir qrup elm adamı, COVID-19 xəstəliyi keçirən insanların əqli səviyyələrində geriləmə olduğunu aşkarlayıb.

Eurasia Diary xəbər verir ki, məqalə “The Lancet” elmi jurnalında dərc edilib.

Respondetlərə idrak səviyyəsini ölçməyə yönəlmiş bir sıra testləri həll etmək tapşırılıb. Xəstəliyi yüngül formada keçirənlər də daxil olmaqla, koronavirusa yoluxanların əksəriyyəti, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkiblər.

İştirakçıların beyin fəaliyyətinin pozulması səviyyəsinə görə birbaşa xəstəliyin şiddətindən asılı olduğu ortaya çıxıb. Təcrübədən bəlli olub ki, süni nəfəs aparatına bağlanan xəstələrin IQ səviyyəsi yeddi pillə aşağı enib.
Bu cür səviyyə hətta insult keçirən xəstələrdə belə müşahidə olunmayıb.

Xatırladaq ki, koronavirusun xarakterik əlamətlərindən biri də qoxu və dad itkisidir ki, buda mərkəzi sinir sisteminin işindəki pozğunluqlarla əlaqəlidir. Çünki koronavirus beyindəki qoxu verən neyronlara zərər verir.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...