Yaponiyanın Biotibbi İnnovasiya, Sağlamlıq və Qidalanma İnstitutunun alimləri meymunlarda İİV vaksinin sınaqlarını uğurla başa çatdırıblar. Bu barədə xarici KİV-lər yazır.
Heyvanların orqanizminə immun çatışmazlığı sindromunu yaradan insan immunodefisit virusu daxil edilib. Yeddi meymundan 6-sı xəstələnməyib və testin nəticələri onların orqanizmində virus aşkar etməyib.
Tədqiqatçılar yaxın beş il ərzində peyvəndin insanlar üzərində klinik sınaqlarına başlamağı planlaşdırırlar.
İİV-in artıq ölümcül virus hesab edilməməsinə baxmayaraq, xüsusi antiviral preparatlar infeksiyanı tam öldürməyə bilmir.