Cənubi Afrikada yayılan koronavirusun yeni variantına "Omikron" adı verilib - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Cənubi Afrikada yayılan koronavirusun yeni variantına "Omikron" adı verilib

Səhiyyə A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib.

Bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...