“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI - ednews.net

20 Yanvar, Cümə axşamı

“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI

Səhiyyə A- A A+
Çinin Quançjou şəhərindəki Virusologiya İnstitutunun və Çjunşan Tibb Məktəbinin alimləri “COVID-19”-a qarşı universal peyvənd hazırlamaq üçün anti-cisim kəşf ediblər.
 
EDNews.net İsaril mediasına istinadla xəbər verir ki,  bu haqda “BioRxiv” profil resursu yazıb. 
 
Mütəxəssislərin fikrincə, “35B5” monoklonal anti-cismi müxtəlif növ koronavirus ştammlarını effektiv şəkildə zərərsizləşdirə bilir.
 
Bildirilir ki, “35B5” anti-cismi krioelektron mikroskopdan istifadə edilən təcrübələr zamanı aşkar edilib., O, xüsusən koronavirusun mutasiya prosesi zamanı dəyişməyən unikal hissəsinə təsir göstərir.
 
Alimlər hesab edirlər ki, bu fakt müxtəlif ştammlardan, o cümlədən bu yaxınlarda müəyyən edilmiş “Omicron”dan qoruyacaq universal peyvənd yaradılmasına imkan verəcək. 
 
Həmçinin, “35B5” anti-cisminin koronavirus xəstəliyini ağır formada keçirmiş bir xəstənin qanından alındığı qeyd edilir.
 
Xatırladaq ki, “Omicron” ştammının artıq dünyanın 20-yə yaxın ölkəsində yayıldığı məlumdur.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...