Ednews xarici KV-ə istinadən xəbər verir ki, İngiltərəli professor Tim Spektor Böyük Britaniya Səhiyyə İdarəsi (UKHSA) tərəfindən (BA.2.) kimi kodlaşdırılmış omikron ştammının yan qolu ilə bağlı narahatlığını bölüşüb.
Britaniyalı alim "gizli" omikronun adi haldan daha təhlükəli olmasının səbəbini izah edib.
“Omikronun yeni alt növü güman ki, daha yoluxucudur. Keçən həftə iyirmi yeni yoluxmadan biri bu ştamma aiddir. Həmçinin, bu qola yoluxan xəstələrin sayında artım müşahidə olunur. İlkin ehtimallara görə bir ay ərzində (BA.2.) ştammı daha aktual olacaq.” - deyə Spektor bildirib.
Mütəxəssis onu da qeyd edib ki, hazırkı müşahidələrə görə COVID-19-a yoluxma yaza qədər yüksək səviyyədə qalacaq.