ÜST-dən həyəcan təbili - Meymunçiçəyinə yoluxanlar vəfat etdi - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

ÜST-dən həyəcan təbili - Meymunçiçəyinə yoluxanlar vəfat etdi

Səhiyyə A- A A+
Son 10 gün ərzində dünyada meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alınıb. 
 
Ednews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir. 
 
"İyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) və 2 ölüm faktı qeydə alınıb", - hesabatda deyilir. 
 
Bu günədək meymunçiçəyindən ölənlərin sayı üç nəfər təşkil edib. Hər üç ölüm Afrikada qeydə alınıb. 
 
Qeyd edək ki, ÜST rəhbəri Tedros Gebreyesus ötən gün verdiyi açıqlamada 58 ölkədə 6 min nəfərin meymunçiçəyinə yoluxduğunu demişdi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...