Avropada yaşı 60-dan yuxarı şəxslərə ikinci buster doza ilə vaksinasiya tövsiyə ediləcək - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Avropada yaşı 60-dan yuxarı şəxslərə ikinci buster doza ilə vaksinasiya tövsiyə ediləcək

Səhiyyə A- A A+

Avropa İttifaqının səhiyyə agentlikləri Avropada COVID-19-a yoluxma hallarının artması və xəstəxanaya yerləşdirmələrdə yeni artım fonunda 60 yaşdan yuxarı hər kəs üçün ikinci buster dozanın vurulmasını tövsiyə edəcəklər.

Ednews"Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının səhiyyə komissarı Stella Kiriakides bildirib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə (ECDC) və Avropa Dərman Agentliyinə (EMA) istinad edən komissar Stella Kiriakides, "Bu gün ECDC və EMA ən həssas insanları qorumaq üçün əlavə gücləndirici tövsiyə edəcək", - deyə bildirib.

Onun sözlərinə görə, bu gün Agentliklər birgə bəyanat yayacaq. "60 yaşdan yuxarı hər kəsin və bütün həssas insanların mümkün qədər tez ikinci gücləndirici doza üçün müraciət etməsi çox vacibdir", o deyib.

Qeyd edək ki, Aİ səhiyyə agentlikləri aprel ayından bəri yalnız 80 yaşdan yuxarı və ən həssas olanlar üçün ikinci buster dozanı tövsiyə edirdi. "Yay aylarında risk altında olan vətəndaşların müdafiəsini gücləndirmək üçün indi hərəkətə keçməliyik", Aİ-nin səhiyyə komissarı deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...