Azərbaycanda diabet xəstələrinin sayı açıqlandı

Sağlamlıq 12:20 19.08.2022
Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddir.
 
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildirib.
 
O, Apa.az-a bildirib ki, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir:
 
"Ölüm səbəbi kimi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır. Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətinə (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur".
 
O deyib ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır. Bu müalicənin artıq 60-70 %-ni təşkil edir:
 
"Qalan hissə isə şəkərsalıcı dərmanların və yaxud insulin preparatlarının üzərinə düşür. Dərman qrupu hər bir xəstəyə görə individual seçilməlidir. Həmçinin, qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin böyük rolu var. Tövsiyə olunur ki, şəkərli diabet xəstələri gün ərzində 7-8 km piyada gəzsinlər.
 
Eyni zamanda, həkim tərəfindən təyin olunan preparatlar vaxtında və təlimata uyğun olaraq qəbul edilməlidir. Özbaşına dərman qəbulunu dayandırmaq, dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz. Bu, insulin müalicəsi alan xəstələrə də aiddir.
 
Şəkərli diabet xəstələri tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər".
 
Endekrinoloq qeyd edib ki, şəkərli diabet tip 1 xəstələri ilk gündən pəhriz və insulinoterapiya vasitəsilə müalicə alırlar:
 
"Xəstəlik zamanı mütləq insulin çatışmazlığı olduğuna görə başqa müalicə üsulu yoxdur. Xəstəlikdən əziyyət çəkənlər müalicəni gecikdirərsə, yaxud insulin terapiyasından imtina etsə, diabetik ketoasidotik komaya düşə bilər (DKK, şəkərli diabetin əhəmiyyətli dərəcədə dekompensasiyası). Əgər insulinin kəşfindən əvvəl belə xəstələr ən çox 1,5–2 il yaşayırdılarsa, bu preparatlar istifadəyə verildikdən sonra tip 1 diabet xəstələri tam sağlam yaşaya bilirlər.
 
Şəkərli diabet tip 2 xəstələri müəyyən vəziyyətlərdə insulin müalicəsinə keçirlər.
 
Şəkərli diabet tip 2 xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur. Şəkərli diabet tip 1 xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir. Şəkərli diabet tip 2 “metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır.
 
O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur.
 
Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir.
 
Qeyd edim ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir".
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Hamısı