Azərbaycanda meymunçiçəyinə yoluxma varmı? - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda meymunçiçəyinə yoluxma varmı?

Səhiyyə A- A A+
"Azərbaycanda bugünədək meymunçiçəyinə yoluxma qeydə alınmayıb".
 
Ednews xəbər verir ki, bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov meymunçiçəyi virusu ilə bağlı danışarkən deyib.
 
İnfeksionist meymunçiçəyinin ölkəyə gəlməsini istisna etmir:
 
"Meymunçiçəyi infeksiyası yayılmaqda davam edir. Avqustun 29-a olan məlumata görə, dünyanın 90 ölkəsində 48470 hadisə qeydə alınıb. Azərbaycanda bugünədək belə hal təsdiqlənməyib.
 
Lakin ınfeksiyanın ölkəmizə gətiriləcəyi istisna deyil. Buna görə müvafiq qurumlar bütün hazırlıq işlərini görməkdədir. Diaqnostik test sistemləri mövcuddur, tibb işçiləri müxtəlif treninqlərdən keçirilir, infeksiyanın idarə olunması üzrə metodiki sənədlər hazırlanıb,əhali mütəmadi olaraq maarifləndirilir".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...