Tibb alimlərinin son araşdırmalarına görə, yuxusuzluq insan orqanizmi üçün təhlükəli mənbəyidir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, alimlər həmçinin qeyd ediblər ki, həm yuxusuzluq, həm də həddən artıq yatmaq sağlamlıq üçün eyni dərəcədə qorxuludur.
Yuxusuzluq zamanı epifiz hormonu - melatonin istehsalında disbalans yaradır. Məhz bu hormonun çatışmazlığı da birbaşa müəyyən xəstəliklərlə, xüsusən də onkoloji xəstəliklərə, məsələn, döş xərçənginin yaranmasına səbəb olur.
Bu səbəbdən insan sağlamlığını qorumaq üçün ilk növbədə öz yuxu rejimini qaydaya salmalıdır.
Rəna Mürşüd