Onkoloqlar sümük xərçəngi üçün 70% effektivliyə malik vasitə hazırlayıblar - ednews.net

29 Yanvar,

(+994 50) 229-39-11

Onkoloqlar sümük xərçəngi üçün 70% effektivliyə malik vasitə hazırlayıblar

Səhiyyə A- A A+
Mount-Sinay Klinikasının alimləri yeni sümük iliyi xərçəngi immunoterapiyasının xəstələrin 73%-ni uğurla sağaltdığını bəyan ediblər.
 
Ednews xəbər verir ki, tədqiqat “NEJM”də dərc olunub.
 
Yeni üsul bispesifik anticisim talketamabın işinə əsaslanır. Bu zaman T-hüceyrələri və miyeloma şiş hüceyrələri ilə eyni vaxtda bağlanır. Onların birləşməsi insandakı T-hüceyrələrinin xərçəngi effektiv şəkildə məhv etməsinə imkan verir.
 
Terapiyanın təsiri hətta xərçəngi çoxlu miyeloma üçün təsdiq edilmiş bütün müalicələrə davamlı olan xəstələrdə də müşahidə edilib.
 
Talketamab digər üsullardan fərqli bir istiqaməti, xərçəng hüceyrə reseptoru “GPRC5D”ni hədəfləyir.
 
Yan təsirlər nisbətən ümumi, lakin adətən yüngül idi və səpgi, dad dəyişiklikləri və dırnaq problemlərini əhatə edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...