“İcbari tibbi sığorta ilə travmatoloji xəstəliklərin müayinə və müalicəsi mövcuddur”.
Bunu Ednews-a açıqlamasında uzman travmatoloq-ortoped Azər Əlizadə deyib. O, qeyd edib ki, xidmətlər zərfinə travmatologiyanı 6 hissəsi daxildir.
“Bunlar onurğa, travma, əl cərahiyəsi, ortoreksiya, artroplastika, pediatrik və ortopedik onkologiya aiddir. Həmçinin, oynaq ağrısını hiss edən vətəndaşlar bu ağrı keçmirsə, həkimə müraciət etməlidir. Vətəndaşlar TƏBİB-in tabeliyindəki bütün xəstəxanalara yaxınlaşıb bu xidmətdən yararlana bilərlər. Oynaq ağrısı olan hər bir şəxs əməlliyat olması fikri yanlışdır. Həkimə yaxınlaşıb müəyyən sənədləri yığılmalıdır. Sonra həmin şəxsin müalicəsi başlanılmalıdır. Rentgenə görə xəstəyə diaqnoz qoymaq yanlışdır”, - deyə travmatoloq-ortoped əlavə edib.
Onun sözlərinə görə, endoprotez əməliyyatı təkcə Azərbaycanda yox dünyada ən çox icra olunan, ortopedik əməliyyat növüdür:
“Çünki, bu dramatik nəticə verir. Hər bir əməliyyat kimi bunun da riskləri var. Bu əməliyyat ən çox çanaq və dizlərdə keçirilir. Xəstənin rentgen və MRT sənədləri götürülür, xəstə ilə danışıq aparılır, əməliyyata hazırlıqlar başlanır. Uşaqlarda isə çanaq çıxığı fərqli tərzdə müalicə olunur: Çünki bəzən bu anadan gəlmə olur. 18 yaşdan aşağı uşağın protez taxması yanlışdır”.
Aynurə İsmayılqızı