“Azərbaycanda dərmanların keyfiyyətinə inam yoxdur” Deputatdan SƏRT AÇIQLAMA

Sağlamlıq 09:00 01.03.2023

Xəbər verdiyimiz kimi, Türkiyədən fərdi istifadə üçün dərmanların gətirilməsinə qadağa qoyulması barədə iddialar səsləndirilib. Belə ki, bu barədə sosial şəbəkə istifadəçilərdən biri məlumat verib. O, qeyd edib ki, “İldə ən az on dəfə Azərbaycana “ptt” ilə dərman göndərirdim. Bu il ilk dəfə poçtda mənə bildirildi ki, artıq Azərbaycana dərman göndərilmir”. 

Müştəriyə səbəb kimi artıq göndərilən dərmanların Azərbaycan tərəfindən müsadirə edilməsi olub.

Məsələ ilə bağlı Ednews-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dərman poçtla gələ bilməz. Hazırda həm Azərbaycanda, həm də qonşu dövlətlərdə dərman problemi bu saat çox ciddi mövzudur. Eyni zamanda dünyada koronovirus pandemiyasından sonra dərman qıtlığı yaşanır. 

“Bu çox ciddi faktdır. Digər tərəfdən Ukrayna-Rusiya müharibəsinin başlanması, bizim də ən çox dərman idxal etdiyimiz, ucuz dərman aldığımız Rusiya və Ukrayna bazarının da demək olar bağlanmasına gətirib çıxardı. Bu mənada ölkədə dərmanların qıtlığı yaranıb. Həm də qiymətlər xeyli artıb. Bununla bağlı Milli Məclisdə, mətbuatda da təkliflərimi irəli sürmüşəm. O təkliflərdən biri Türkiyəni Azərbaycanın dərman sənayəsinə yaxşınlaşdırmaq, birgə fəaliyyətlə məşğul olmaqdır. Avropa dövlətlərində qeydiyyatda olan və işlənən dərmanlar bizdə avtomatik olaraq qeydiyyata alınmalıdır. Qeydiyyat prosedurunun bir iştirakçısı da dərman istehsalçılarıdır. Əhalisi az olan ölkələrdə həmin istehsalçılar belə çətin prosedurlara görə maraqlı deyil. Qeydiyyatda tanıma rejimi Türkiyədə tətbiq edilir. Bu, bizdə də tətbiq edilməlidir. Biz qardaş Türkiyədə qeydiyyatdan keçən dərmanları avtomatik qeydiyyata almalıyıq. "Dərman vasitələri haqqında" qanunda dəyişikliklər etməliyik. Bu təklif mənə elə gəlir ki, dərman məsələsini həll edə bilər. İlk növbədə qiymətlər aşağı düşər, ikinci növbədə çox çeşidlə dərman əldə edə bilərik, üçüncü və ən əsası vətəndaşlarımızın dərmana əl çatanlığı, kefiyyətin qorunması təmin oluna bilər. Türkiyə dərmanları bu gün dünya bazarında ən əlçatan qiymətə olan və keyfiyyətli dərmanlardan sayılır”. 

Deputat qeyd etdi ki, Gömrük və poçt işçilərini də qınaya bilmərəm, qanun bunu qadağa edir. Hər kəs dərmanı yalnız fərdi istifadəsi üçün qeydiyyatdan keçməyən dərmanları gətirə bilər. O da ki, hər kəs dərman arxasınca xarici ölkəyə gedən deyil. 

“Bunun həlli yolunda düşünmək lazımdır. Problem yoxdur deyib başımızı aşağı salmaqla da olmur. Azərbaycanda dərmanları 80-85 faizini 4-5 böyük şirkət gətirir. Dörd şirkətin olmağı istər-istəməz qeyri-təbii monopoliyanın yaranmasına gətirib çıxarır. Deməli, burda istənilən halda şirkətlər aralarında danışıb qiyməti istədikləri şəkildə qoya bilirlər. 

Dünyada davam edən maliyyə və iqtisadi böhran şəratində bu istiqamətdə yeni düşüncələr ortaya qoyulmalıdır. O cümlədən də söylədiyim Türkiyə məsələsi təkflidi faydalı addımlardan olardı. Hər halda Səhiyyə Nazirliyi, TƏBİB konkret olaraq insanlara söz deməlidirlər, məlumat verməlidirlər. Bəzi hallarda həkimlərimiz açıq şəkildə bizə deyirlər ki, Türkiyəyə yolunuz düşəndə bizə də dərman alın. Bu o deməkdir ki, Azərbaycanda dərmanın keyfiyyətinə inam yoxdur. Bu çox təhlükəlidir. İnsan inanmalıdır ki, aldığı ərzaq da, dərman da keyfiyyətlidir”.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Hamısı