Hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir. Bəs yenidən pandemiya dövrü qayıda bilərmi?
Bununla bağlı Ednews-a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, Covid-19-un mövsümi xarakter daşıma ehtimalına işarə edən bəzi məlumatlar var.
“Kəskin yayılan respiratur xəstəliklərini Covid-19 hesab etmək olmaz. Mövsümü xəstəliklər hər il olur və fəallaşır. Yuxarı tənəffüs yollarında 15-dən çox infeksiya var ki, bunlar fəallaşaraq analoji kartin mənzərəynən respiratur xəstəliklər törədə bilər və bunları covid19-la qarışdırmaq olmaz”.
Covid-19 pandemiyası hələ də yoxa çıxmadığını, davam etdiyini və bu xəstəliyə hələ də yoluxanların və dünyasını dəyişənlərin olduğunu bildirən ekspert karantinin davam etdiyini söylədi.
“Karantin qaydalarının yumşaldılması onun yoxa çıxması demək deyildir”.
Aytac Həsənova