“Peyvəndən sonra valideyn 4-5 gün uşağa diqqəti daha da artırmarılıdır”.
Ednews xəbər verir ki, bunu həkim-epidemioloqu Əlcəfər Cəfərov deyib.
Onun sözlərinə görə, uşağa peyvənd vurularkən valideyn çox diqqətli olmalıdır.
“Peyvəndən öncə qidaya diqqət edilməlidir. Həmçinin peyvəndən sonra xəstəxananı tərk etmək olmaz. Bu kimi hallarda valideynlər daha diqqətli olmalıdır. Bu vaxt aralığı 20-30 dəqiqədir. Sonra isə uşaq tibb bacısı tərəfindən yoxlanmalıdır. Peyvəndən sonra çox qalın geyindirmək lazım deyil. Lakin 4-5 gün valideyn nəzarətini daha çox gücləndirməlidir”.
Aysel Şahmar