Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir Nazirlik

Sağlamlıq 13:58 25.04.2023

Çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər. Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır. Azərbaycanda isə gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir".

Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi bildirib. Onun sözlərinə görə, ən çox köçürülən orqan böyrəkdir:

"Onlara olan ehtiyac qaraciyər və ürəkdən qat-qat yüksəkdir. Çünki böyrək xəstəliklərinin daha çox olması böyrək çatışmazlığının inkişafına gətirib çıxarır və bu, dializ və ya orqan transplantasiyasına gətirib çıxarır. Xroniki böyrək çatışmazlığı olan və böyrək köçürülməsi əks göstəriş olmayan xəstələrin əksəriyyəti transplantasiya üçün uyğun namizədlərdir. Bu xəstələr istər dializ proqramında olan, istərsə də dializdən əvvəl (preemtive) dövrdə olan şəxslərdir.

Resipiyent orqan və ya toxuma transplantasiyasına ehtiyacı olan şəxsdir. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən şəxsə isə donor deyilir. Bu münasibətlər bu sahədə bir çox normativ hüquqi aktlarla tənzimlənir. Qanuna görə, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı canlı donor resipiyentin yaxın qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır. Xəstə qohum donoru ilə müraciət etdiyi zaman müayinələr nəticəsində qərar verilir. Yəni, həm xəstənin, həm də donorun bütün müayinələri və toxuma uyğunluğu testi nəticəsinə görə onların əməliyyatının baş tutub-tutmamasına qərar verilir. Əgər müayinələrin hər hansı bir mərhələsində (istər tibbi, istərsə də qeyri-tibbi) donorun həyatına təhlükə yaranacağı hiss olunarsa, müayinə dayandırılır və həmin şəxs donor kimi qəbul olunmur".

Ekspert deyib ki, böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır:

"Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır. Düzdür, dializ seansları həyatı təhlükələrdən xilas edə bilər, lakin o, sağlam orqanın bütün funksiyalarını tamamilə əvəz edə bilməz. Uğurlu böyrək transplantasiyası sonrası xəstə sağlamlığına qovuşur, ailəsinə, işinə və nəhayət, cəmiyyətə faydalı şəxs kimi qayıdır. Bu baxımdan böyrək transplantasiyası daha rasional müalicə üsuludur. Böyrək transplantasiyası əməliyyatı təqribən 3-4 saat çəkir. Donor və xəstənin əməliyyatı eyni zamanda icra olunur".

Həkim deyib ki, böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır:

"Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır. Düzdür, dializ seansları həyatı təhlükələrdən xilas edə bilər, lakin o, sağlam orqanın bütün funksiyalarını tamamilə əvəz edə bilməz.

Uğurlu böyrək transplantasiyası sonrası xəstə sağlamlığına qovuşur, ailəsinə, işinə və nəhayət, cəmiyyətə faydalı şəxs kimi qayıdır. Bu baxımdan böyrək transplantasiyası daha rasional müalicə üsuludur. Böyrək transplantasiyası əməliyyatı təqribən 3-4 saat çəkir. Donor və xəstənin əməliyyatı eyni zamanda icra olunur.

Donorların xüsusi müalicəyə ehtiyacı yoxdur. Orqan köçürülənlər isə köçürülən orqanın rəddinin qarşısını almaq üçün xüsusi dərmanlar (immunsupressiv) qəbul edirlər. Bu dərmanların qəbulu mütləqdir, sayı və dozası həkim tərəfinfən təyin olunur və buna ciddi riayət olunmalıdır. Əks təqdirdə, geri dönməz nəticələrə səbəb ola bilər.

Qeyd etmək istəyirəm ki, xroniki böyrək xəstəliklərinin qarşısının alınmasının əsas şərtlərindən biri balanslaşdırılmış qidalanma və normal bədən çəkisinin saxlanılmasıdır. Həzm sistemini həddindən artıq yükləmədən, gün ərzində kiçik porsiyalarla yemək tövsiyə olunur. Həmçinin, duz miqdarına da diqqət yetirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, böyüklərə istifadə edilən duzun miqdarı gündə 5 qramdan çox olmamalıdır. Unutmayaq ki, aktiv həyat tərzi əhval-ruhiyyənizi yüksəltməklə bərabər, sağlamlığınıza da müsbət təsir göstərir. Müntəzəm fiziki fəaliyyət qan təzyiqini normallaşdırmağa, böyrəklərdə qan mikrosirkulyasiyasını yaxşılaşdırmağa və bununla da xroniki böyrək xəstəliyinin riskini azaltmağa kömək edir".

Aysel Şahmar

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı