Dünyada koronavirusun omikron ştammının yeni variantı yayılıb.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib.
Koronavirusunun yeni variantı EG.5 və ya Eris adlandırılıb.
Məlumata görə, o, özündən əvvəlki növlərdən daha sürətlə yayılır.
Rusiyada bu ilin aprel-avqust aylarında koronavirusun yeni variantına 17 yoluxma halı aşkar edilib.