Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz.
Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.