Qızılca soyuqdəymə əlamətləri ilə başlayır - RƏSMİ

Sağlamlıq 11:48 19.02.2024

“Qızılca hava-damcı yolu ilə yayılan və insandan-insana keçən virusdur. Qızılcaya əsasən uşaqlar yoluxur, lakin digər yaş qruplarından olan insanlar da bu virusa yoluxa bilər. Xəstə insan asqırdıqda, öskürdükdə və ya digər sağlam şəxslə fiziki təmasda olduqda xəstəliyin bir insandan digərinə ötürülməsi baş verə bilər”. 

Ednews  xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova Səhiyyə Nazirliyinin rəsmi saytına müsahibəsində bildirib. 

N.Cəfərova qeyd edib ki, sağlam insan qızılcaya yoluxmuş insanın istifadə etdiyi əşyalarla təmas edərsə və yaxud xəstəyə qulluq zamanı virus əllər vasitəsilə həmin şəxsə keçə bilər: 

“Buna görə də, xəstə insana qulluqdan sonra əllər sabunla yuyulmalıdır. Qızılca xəstəliyinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Bu xəstəliyin inkubasiya dövrü 7-14 gün təşkil edir”. 

“Xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə digər səpkili infeksiyalardan fərqlənir. Əsas əlamətlərdən biri səpkilərin mərhələli olmasıdır. 

Qızılcanın başlanğıc əlamətləri - burun axması, asqırma, öskürmə, yüksək hərarət, yuxululuq, boğaz ağrısı, ağzın selikli qişasında boz ləkələr, konyunktivit (qırmızı gözlər), işığa qarşı həssaslığın artmasıdır. 

Xəstəliyin 4-7-ci günləri arası səpgilər başlayır və mərhələlərlə olur. Səpkilər əvvəlcə üzdə, alında, qulaq və boyun arxasında başlayır, sonra bədənə, növbəti günlər isə qola və ayaqlara yayılır. Adətən dəridə qırmızı rəngdə, yüngül qabarıq olur. 50% xəstələrdə səpkilər ovcun içində və ayaq altında da görünür. Səpkilər 3-4 gün davam edir və ortaya çıxdığı yerdən başlayaraq təqribi 7 gün müddətində solmağa, tündləşməyə, qabıqlanmağa başlayır və tədricən keçirlər”, - pediatr bildirib. 

Onun sözlərinə görə, qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər: 

“Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki, ağırlaşmalar vaxtında müəyyənləşsin. 

Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənmənin vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır. 
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. 

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar”. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı