Müştəri kababçını qətlə yetirdi

Hadisə 08:57 17.12.2024

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Anar Quliyevi qətlə yetirib.

EDnews xəbər verir ki, qətl hadisəsi 9 aprel 2024-cü ildə, saat 22 radələrində Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Rəhman kafedə müştəri qismində olarkən yaxınlıqda Anarın kababçı işlədiyi “Dadlı Kabab” adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edib, onun olduğu kafeyə gəlib irad bildirdikdən sonra aralarında mübahisə baş verib.

Mübahisə zamanı Rəhman heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Anarın döş qəfəsinin sol nahiyəsindən 1 dəfə qüvvətli zərbə vurub. Anar aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Rəhmanın barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi qonşuluqda kirayədə yaşaması ilə əlaqədar tanıyıb: “Mən tanışlarım Könül və Ziya ilə yeyib-içmək üçün 9 aprel 2024-cü ildə axşam saatlarında “Könül çay evi” kafesinə gedərək orada kabab sifariş etdik. Sifariş etdiyim kababın içərisindən sümük çıxdı. Kafedə oturub spirtli içki içərkən təxminən saat 22 radələrində Anar da həmin kafeyə gəldi. Mən ona yaxınlaşıb bişirdiyi kababın içərisindən sümük çıxdığını dedim. Anar isə “məni narahat etmə”, “üzrlü hesab et” kimi sözlər dediyindən ondan aralanaraq yerimə qayıdıb oturdum. Lakin Anar dilinin ucunda nə isə danışmağa başladı. Spirtli içki qəbul etdiyimdən onun nə deməsini dəqiq xatırlamamışam”.

Rəhman qeyd edib ki, daha sonra Anar ayağa qalxıb onun yanına gəlib: “Anar mənə tərəf gəldikdə cibimdəki bıçağı əlimə aldım və çölə çıxıb orada söhbət etməyimiz üçün sağ əlim ilə sonuncunun sinəsinə yumruqla vuraraq onu itələdim. Bu zaman bıçaq əlimdə olub və Anarın sinəsinə batıb. Lakin bıçaqda qan ləkəsi olmayıb. Birlikdə kafenin qapısından çölə çıxıb orada söhbət etdikdən sonra geri qayıtdım. Aramızda keçən söhbətdən təxminən 35 dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək Anarı xəstəxanaya apardı. Sonradan onun vəfat etdiyini eşitdim. Mənim Anarı bıçaqla vuraraq öldürmək niyyətim olmayıb. Anarı qəsdən öldürməmişəm. Hadisə ehtiyatsızlıqdan baş verib. Həmin vaxt içkili olduğumdan ağlım başımda olmayıb. Mənim Anarı öldürmək niyyətim olsaydı, Anara ikinci dəfə də bıçaqla zərbə vurardım”.

Rəhman qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub, həmin hadisə zamanı zərərçəkəni bıçaqla vurub.

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər müəyyən olunub. Buna görə də onun həmin ifadələr elan edilərək tədqiq edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman Qəhrəmanov 17 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırıb ki, çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif edib.

Həmçinin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Hər iki tərəfin şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. /Demokrat.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı