"EDnews " xəbər verir ki , Mingəçevir şəhərində ümumi sahəsi 180 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 60m² olan boksun, 70 m² sahədə talvarın yanar konstruksiyaları, sexdə təmirə dayanan 'Mercedes", 2 ədəd "VAZ" markalı minik avtomobili, həcmi 60 litr və 20 litr olan 2 ədəd oksigen balonu yanıb.Sexin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fatimə Mərdanlı // EDnews