Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İranla bağlı diplomatik həll yolunun tapılmasına diqqət yetirirlər, onlar həmçinin cavab tədbirləri və münaqişənin gərginləşməsi ehtimalından narahatdırlar.
“EDnews” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
O qeyd edib ki, xüsusi narahatlıq doğuran məsələ İranın Hörmüz boğazını bağlama ehtimalıdır - bu, bütün tərəflər üçün son dərəcə təhlükəli və əlverişsiz olardı: "Biz artıq İran ətrafındakı vəziyyəti müzakirə etdik. Lakin, şübhəsiz ki, bu müzakirəni davam etdirəcəyik. Biz Yaxın Şərqdəki vəziyyəti daha geniş kontekstdə müzakirə edirik".
Qəzzadakı vəziyyət və İsraillə Assosiasiya Sazişinin 2-ci maddəsi ilə bağlı suala cavabında, o, bu məsələ üzrə icmalın hazır olduğunu qeyd edib: "Bütün üzv dövlətlər onu alıb. Biz müzakirəni davam etdirəcəyik”.